Qadin.NET / Rusiya Azərbaycana “T-90C” tankları satıb qurtardı

Rusiya Azərbaycana “T-90C” tankları satıb qurtardı

Rusiya Azərbaycana “T-90C” tankları satıb qurtardı
Rusiyanın “Uralvaqonzavod” korporasiyası “T-90C” tanklarının Azərbaycana tədarükünə dair öhdəliklərini tam yerinə yetirib. ANS PRESS-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında “Uralvaqonzavod” koorporasiyasının baş direktoru Oleq Siyenko Sankt Peterburq Beynəlxalq İqtisadi Forumda deyib.“Öhdəliyi tam olaraq yerinə yetirmişik, tədarüklər başa çatdırılıb”, - deyə Siyenko bildirib.  

 

Rusiya və Azərbaycan arasında  2010-cu ildə silah və texnikanın tədarükü barədə razılıq əldə olunub. Ekspertlər 1 milyard dollar dəyərində olan bu razılaşmanın 2017-ci ildə icra olunacağı bildirib. Bundan əvvəl Rusiya istehsalı “PDM-3” piyadaların döyüş maşınlarının Azərbaycana tədarükünün 2016-cı ildə başa çatdırılacağı barədə məlumat yayılmışdı.

Mənbə: ANS PRESS

 

17 iyun 2016
GO BACK