Bakıya elektrikli velosipedlər gətirilib. "GreenCar" şirkəti Dənizkənarı Bulvar İdarəsi ilə birlikdə yeni layihəyə başlayıb.
Milli.Az ANSPRESS-ə istinadən bildirir ki, adıçəkilən şirkət bulvarda elektrik velosipedlərinin icarəsini təşkil edir.
Yəni bundan sonra bulvar ərazisində "Veloparkda" elektrik velosipedləri də icarəyə veriləcək. Bir saatlıq icarənin qiyməti 4 manatdır. Elektrik velosipedlər saat 14.00-dan 23.00-dək bulvar ziyarətçilərinin ixtiyarında olacaq.
Velosipedləri bulvar ərazisində quraşdırılmış enerjidoldurma məntəqəsində "GreenCar" şirkətinin əməkdaşları şarj edərək icarəyə verəcəklər.
Mənbə: Milli.Az