Qadin.NET / İrina Şeyk “Formula-1” günlərində Bakıda

İrina Şeyk “Formula-1” günlərində Bakıda

İrina Şeyk “Formula-1” günlərində Bakıda
Dünyaca məşhur Rusiyalı supermodel İrina Şeyk Bakıya gəlir. ANS PRESS-in məlumatına görə, Şeyk ölkəmizdə təşkil olunacaq “Formula-1” yarışlarının açılış mərasimində iştirak edəcək.

 

“Formula-1” yarışlarının açılış mərasimində İrina Şeyklə yanaşı onun rəfiqəsi, dünyada məşhur ulduz və top model Bella Haddidi də iştirak edəcək. Məşhur ulduzlar 3 gün davam edəcək ziyafət gecələrində iştirak edəcəklər. Məşhur futbolçu Cristiano Ronaldo ilə 5 illik münasibətindən sonra hal-hazırda aktyor Bradley Cooper ilə birlikdə yaşayır.19 iyun 2016-cı ildə Azərbaycanda ilk dəfə təşkil olunacaq Formula 1 Avropa Qran Prisinə yerli vaxtla saat 18:00-da start veriləcək.Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) xəbər verir ki, Bakıda keçiriləcək Formula 1 yarışı ilə Fransada baş tutacaq 24 saat Le Man marafonu üst-üstə düşməyəcək. Məlumata görə, Le Man marafonu 19 iyun tarixində Bakı vaxtı ilə saat 17:00-da başa çatacaq.

 

Əməliyyat şirkəti ictimaiyyətin diqqətinə çatdırır ki, yarış günü Bakıda günəşin saat 21:14-də batacağı proqnozlaşdırılır və yarışın başlama vaxtı ilə günəşin batması arasındakı 3 saatlıq müddət imkan verir ki, Avropa Qran Prisi hava qaralanadək yekunlaşsın.

 

Qeyd edək ki, 2016-cı il indiyədək ən çox Formula 1 yarışının olduğu sezondur. Beynəlxalq Avtomobil Federasiyasının (FİA) ötən dekabrın 3-də açıqladığı məlumata görə, Avropa Qran Prisi yarış cədvəlinə əlavə olunandan sonra il ərzində Formula 1 üzrə keçiriləcək Qran Pri yarışlarının ümumi sayı 21-ə çatıb.

Mənbə: ANS PRESS

 

16 iyun 2016
GO BACK