Qadin.NET / Hərbi xidmətdən möhlət hüququyla bağlı QƏRAR VERİLDİ

Hərbi xidmətdən möhlət hüququyla bağlı QƏRAR VERİLDİ

Hərbi xidmətdən möhlət hüququyla bağlı QƏRAR VERİLDİ
Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qanunun 21-ci maddəsinə edilən dəyişikliyə əsasən, bundan sonra həmin möhlət hüququ magistratura və doktorantura səviyyələrinə də şamil olunacaq.

Qeyd edək ki, indiyə qədər hərbi xidmətə çağırışdan möhlət hüququ ancaq bakalavriat pilləsində təhsil alanlara verilirdi.

Qanuna təklif edilən daha bir dəyişiklik Azərbaycanda elmi təşkilatlarda təhsilini davam etdirmək istəyənlərə hərbi çağırışdan möhlət verilməsi ilə bağlıdır. Belə ki, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda, eləcə də xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət veriləcək.

Dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Mənbə: Milli.Az

 

14 iyun 2016
GO BACK