Qadin.NET / Ərdoğan Putinə məktub göndərdi

Ərdoğan Putinə məktub göndərdi

Ərdoğan Putinə məktub göndərdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə məktub yazıb. ANS PRESS-in məlumatına görə, Rusiya Günü münasibəti ilə ünvanlanan təbrik məktubunda Ərdoğan Moskva və Ankara arasında münasibətlərin layiq olduğu səviyyəyə  qalxacağına ümid etdiyini bildirib.

"Çox hörmətli Prezident! Sizin şəxsinizdə bütün türk xalqı adından Rusiya Günü münasibəti ilə rusiyalıları təbrik edirəm. Həmçinin arzu edirəm ki, Rusiya və Türkiyə arasında münasibətlər önümüzdəki dövrdə layiqli səviyyəyə qalxacaq”.

Türkiyənin baş naziri Binali Yıldırımda öz növbəsində rusiyalı həmkarı Dmitri Medvedevə təbrik məktubu göndərib. Yıldırım da Türkiyə və Rusiya arasında münasibətlərin yaxın müddət ərzində yenidən normallaşacağına ümid etdiyini qeyd edib: 

“Bu münasibətlər bizim xalqlarımızın ümumi maraqları üçün çox önəmlidir. Sizin şəxsinizdə Rusiya xalqına əmin-əmanlıq və çiçəklənmə arzu edirəm".

 

Mənbə: ANS PRESS

 

14 iyun 2016
GO BACK