Qadin.NET / Manat dollar və avroya qarşı zəifləyib

Manat dollar və avroya qarşı zəifləyib

Manat dollar və avroya qarşı zəifləyib
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dollar manata qarşı 0,4% bahalaşaraq 1,5120 manat təşkil edib.
 

Avronun manata qarşı zəifləməsi davam edir. Avrozonanın vahid valyutası manata nisbətən 0,4% bahalaşaraq 1,7070 manata çatıb.


Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 0,43% zəifləyərək 0,0230 manat olub.

 

Türkiyə lirəsi də manata nisbətən zəifləyib. Belə ki, qardaş ölkənin milli valyutası 0,33% güclənərək 0,5173 manata çatıb.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1445 manatdır. Beləliklə, ötən günlə müqayisədə funt sterlinq manata qarşı 0,01%-lik eniş nümayiş etdirib.


Gürcüstan larisi isə 0,03% bahalaşaraq 0,7075 manata çatıb.

Mənbə: APA.Az

 

14 iyun 2016
GO BACK