Erməni atanın sözlərinə görə, oğlu Arman Muradyan 2013-cü ildə Dağlıq Qarabağda öldürülüb. Onlar həmçinin oğlanlarının ölüm faktının araşdırılmadığından şikayətləniblər. 2 saat davam edən aksiya ərzində Baqramyan prospekti polis nəzarətinə götürülüb.
Etirazçılar prezidentlə görüşmək istəsələr də onların tələbləri yerinə yetirilməyib. Polislər qadağanın səbəbini Çexiya prezidenti Miloş ZemanınErmənistana səfəri ilə izah ediblər.
Bu, Ermənistan prezidentinin iqamətgahının qarşısında təşkil edilən ilk aksiya deyil. Bir neçə dəfə Ermənistan ordusunda xidmət edən əsgərlərin doğmaları Dağlıq Qarabağda öldürüldüyünə görə prezidentə şikayət ediblər. Amma etirazların heç bir nəticəsi olmayıb.Ermənistan rəhbərliyi isə iddia edir ki, Dağlıq Qarabağın “müstəqil ordusu” var. Rəsmi Bakı isə Dağlıq Qarabağda öldürülən əsgərlərin əksəriyyətinin Ermənistan vətəndaşları olduğunu söyləyib.
Bunu bir neçə gün öncə Sarkisyanın yalanlarının üstünü açan Azərbaycanın dövlət başçısı İlham Əliyev də deyib. O qeyd edib ki, Dağlıq Qarabağ ordusu yoxdur. Bu, bir mifdir. "Qarabağda erməni silahlı birləşmələrində xidmət edənlərin 80 faizi Ermənistan vətəndaşıdır"
Mənbə: ANS PRESS