Qadin.NET / Türkiyə bayrağı Eyfeli bəzədi

Türkiyə bayrağı Eyfeli bəzədi

Türkiyə bayrağı Eyfeli bəzədi
Fransanın simvolu sayılan Paris şəhərindəki Eyfel qülləsi al-qırmızı rəngə boyandı. Məşhur tikili 15 dəqiqə ərzində Türkiyə bayrağının rəngləriylə işıqlandırılıb.

ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumatına görə, "Avro-2016"da ilk oyununa çıxan Türkiyə yığmasına Twitter şəbəkəsindəki istifadəçilər tərəfindən dəstək heşteqi yaradılıb. #TUR heşteqi ilə ümumi səsvermədə hamıdan çox səs toplayıb.  Bundan sonra 15 dəqiqə Eyfel qülləsi Türkiyə bayrağına bürünüb.Fransanın "Avro-2016" çərçivəsində başlatdığı aksiyaya görə, hər gün sonuncu matçdan 10 dəqiqə sonra ən çox heşteq toplamış ölkəyə məxsus bayrağın rəngləri Eyfel qülləsində əks edilir.

 

Mənbə: ANS PRESS

13 iyun 2016
GO BACK