Qadin.NET / "Sovetski"də yaşayanlara ev verildi

"Sovetski"də yaşayanlara ev verildi

"Sovetski"də yaşayanlara ev verildi
Kiçik ölçülü yaşayış yerinə sahib “Sovetski” sakinlərinin daha bir qismi mənzillə təmin olunub. Yasamal rayon İcra hakimiyyətində Koroğlu Rəhimov küçəsində yenidənqurma və əsaslı təmir işləri aparılan binada mənzillərin bölünməsi məqsədilə püşkatma həyata keçirilib.

Püşkatma "Sovetski"də azsahəli mənzillərdə yaşayan 113 sakin arasında olub. İyunun 13-də isə həmin sakinlərə mənzillərinin açarları təqdim olunacaq.

Azsahəli mənzillərə 25-30 kvadratlı mənzillər aiddir. Mənzillərin kvadratı az olduğundan sakinlərə də konpensasiya məqsədi ilə verilən məbləğ də az olacaqdı. Bununla isə onların yeni yaşayış sahəsi alması çətinləşirdi. Məhz buna görə Maliyyə Nazirliyi tərəfindən sakinlərin mənzillə təminatı üçün 288 min manat pul ayrılıb. Ayrılan vəsait hesabına K.Rəhimov küçəsində yerləşən binada yeni mənzillər hazırlanıb.

 

Mənbə: ANS PRESS

 

11 iyun 2016
GO BACK