Prezident İlham Əliyev Azərbaycan Respublikasının Avstraliya İttifaqında fəxri konsul təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Aydan Atif qızı Rzayeva Azərbaycan Respublikasının Avstraliya İttifaqında fəxri konsulu təyin edilib.
Xarici İşlər Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Mənbə: Trend.Az