Adolf Hitlerin corabları və qalstuku hərraca çıxarılacaq. ANS PRESS-in məlumatına görə, hərrac 18 iyunda Münhendə yerləşən "Hermann Historica" hərrac evində baş tutacaq.
Həmçinin hərracda reyxs-kansleri Herman Görinqin dizlik və dəri ayaqqabıları, Hitlerin həyat yoldaşı Yeva Braunun paltarları, Nürnberq məhkəməsinin qərarı ilə edam edilən jurnalist Yuliusa Ştrayxerin asıldığı kəndir hərraca çıxarılacaq.
1944-cü ilin iyununda Hiterlə sui-qəsd cəhdindən sonra çəkilən liderin rentgen rəsmi də hərraca çıxarılcaq. Onun ilkin qiyməti 900 avro (1548 manat) təşkil edir. Hərracda Görinqin dizliyinin, eləcə də jurnalistin asıldığı kəndirin başlanğıc qiyməti 500 avroya (860 manat) təklif ediləcək.Bütün bu əşyalar amerikali kolleksionçu Con K. Lattimeri keçmiş mülkiyyətidir. O, 2007-ci ilin mayına - ölümünə qədər bütün bu əşyaları toplayıb.
"Hermann Historica" hərrac evinin təsisçisi Volfqanq Hermann vurğulayıb ki, hərrac İkinci Dünya müharibəsi dövrünə aid nadir tapıntılarla maraqlanan muzey və kolleksiyaçılar üçün nəzərdə tutulub. Onun sözlərinə görə, nasist və neonasizm baxışları olan insanlar hərraca buraxılmayacaq.
Mənbə: ANS PRESS