"Facebook" yeni funksiyasını işə salıb. ANS PRESS-in məlumatına görə, sosial şəbəkənin təsisatçısı Mark Zukerberq öz səhifəsində 360 dərəcəlik fotolar paylaşıb.
Yeni tip foto xəbər lentində görünür və istifadəçilər kursoru hərəkət etdirməklə görüntüyə 360 dərəcədən baxa bilirlər.Bu tipli videolar isə artıq uzun müddətdir mövcuddur. 360° video görüntü eyni anda 360 dərəcədə çəkmə imkanı olan xüsusi streoskopik kamera vasitəsilə çəkilir. Tamaşaçı 360° videonu izlərkən onun baxış bucaqlarını dəyişə bilər.
Bu videolara kompüterdən baxarkən siçanın köməyi ilə bucaqları dəyişmək mümkün olduğu halda, smartfonlarda sadəcə telefonun baxış bucağını dəyişməklə videoya baxmaq mümkündür. 2015-ci ilin mart ayından "Youtube", noyabr ayından etibarən isə "Facebook" sosial şəbəkəsi istifadəçilərə 360 dərəcəli videoların yüklənməsi və yayımı imkanını verib.
Mənbə: ANS PRESS