Qadin.NET / Perunun yeni prezidenti məlum olub

Perunun yeni prezidenti məlum olub

Perunun yeni prezidenti məlum olub
Peruda keçirilən prezident seçkilərinin 2-ci turunda 77 yaşlı keçmiş baş nazir, avropalı immiqrant ailəsinin oğlu Pedro Pablo Kuçinski qalib gəlib.

APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, səslərin hesablanması başa çatıb və P. P. Kuçinski səslərin 50,12 faizini qazanıb. Onun rəqibi, həbsdəki sabiq prezident Alberto Fuximorinin qızı Keyko Fuximori isə 49,88 faiz səs toplayıb.

 

Əvvəlkin prezident Olyanta Umala yeni prezidenti təbrik edib. 

Mənbə: APA.Az

 

10 iyun 2016
GO BACK