Qadin.NET / Neftin qiyməti düşdü

Neftin qiyməti düşdü

Neftin qiyməti düşdü
"Qara qızıl"ın qiymətlərində mənfi yöndə dəyişmə müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Brent" markalı xam neftin qiyməti enib. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin qiyməti ucuzlaşaraq 51.85 dollarda qərarlaşıb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 1 dollar azalaraq 50.59 dollar olub. “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0.89 dollar bahalaşaraq 52.37 dollar təşkil edib.Qızıl ötən günə nisbətən daha baha satılıb. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, qızılın bir qramının qiyməti ardıcıl həftə ərzində bahalaşaraq 41 dollara yaxınlaşıb - 40.82 dollar olub. Platinin bir qramının qiyməti ucuzlaşaraq 32.10 dollar, palladiumun qramı da qiymətdə azalaraq 17.92 dollar olub. Gümüşün qiyməti dəyişməyib, qramı 56 sentə alıcılarını tapıb.

Mənbə: ANS PRESS

10 iyun 2016
GO BACK