Baş nazir Binali Yıldırım terror təşkilatının qollarından da bu ismarıcların onlara çatdırıldığını söyləyib.
"Danışılacaq heç bir şey yoxdur, - söyləyən baş nazir əlavə edib, - danışılacaq tək şey bayrağımızdır. O bayrağın rəngi şəhidlərimizin qanı, hilalı (aypara-red.) müstəqilliyimizin simvolu, ulduzu şəhidlərimizin göy üzündə parlayan ulduzudur. Bunlarla bağlı danışacağıqsa, danışaq. Yoxsa məmləkəti, milləti terrorla, qorxu ilə sarsıdacağınızı düşünsəniz, bacara bilməyəcəksiniz".
Binali Yıldırımın PKK terror təşkilatına daxildə və xaricdə dəstək verən güclərin olduğunu, günü gəlincə türk millətinin həmin güclərdən hesab soracağını da söyləyib.
Mənbə: Milli.Az