Qadin.NET / Azərbaycanın məşhur aparıcısı azadlıqda

Azərbaycanın məşhur aparıcısı azadlıqda

Azərbaycanın məşhur aparıcısı azadlıqda
2014-cü ildə dələduzluqda təqsirləndirilərək həbs olunan tanınmış aparıcı İlham Mirzəyev azadlığa buraxılıb. Bu barədə ANS PRESS-ə Penitensiar Xidmətin ədliyyə Tibb Baş İdarəsi rəisinin müavini, tibb xidməti polkovniki İftixar Qurbanov məlumat verib.

 

Polkovnik bildirib ki, İ.Mirzəyevin azadlığa çıxması səhhətində olan hansısa problemlərlə əlaqəli deyil.

 

Aparıcının vəkili Telman Abdiyev isə ANS PRESS-ə bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin amnistiyaya düşəcəyi barədə məlumatlı idi. Ancaq onun bu gün azadlığa çıxması barədə hələlik məlumatlı deyil.İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama görə, teleaparıcı direktoru olduğu “İlhamed” tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərliklə bağlı yalan vədlər verərək onun 3000 avro pulunu mənimsəyib. Lakin İ.Mirzəyev ittihamı rədd edib və bu haqda deyilənlərin yalan olduğunu bildirib. Nərimanov Rayon Məhkəməsi İ.Mirzəyevin barəsində 4 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apellyasiya Məhkəməsi onun barəsində hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib.

 

Bir neçə gün əvvəl isə həbsdə olan aparıcının iflic olması ilə bağlı məlumatlar yayılıb. Bu barədə də açıqlama verən vəkil onun səhhətində heç bir problem olmadığını bildirmişdi.

Mənbə: ANS PRESS

 

9 iyun 2016
GO BACK