Qadin.NET / İsrail terrorunda ölənlərdən biri azərbaycanlı olub

İsrail terrorunda ölənlərdən biri azərbaycanlı olub

İsrail terrorunda ölənlərdən biri azərbaycanlı olub
Ötən gün İsrailin paytaxtı Təl-Əviv şəhərində ticarət mərkəzində atışma nəticəsində ölənlərdən biri Azərbaycandan köçüb. ANS PRESS-in "İzrus" saytına istinadən verdiyi məlumata görə, həlak olan 32 yaşlı Mila Mişiyeva 25 il əvvəl Bakıdan İsrailə köçüb.Onun atası Vyaçeslav, anası Rita, qardaşı və bacısı hazırda İsrailin Aşkelon şəhərində yaşayırlar. Mila özü isə son zamanlar Rişon le-Tsionda yaşayırdı. 

 

Milanı sabah günorta radələrində dəfn edəcəklər. 

 

İsrail hökumətinin verdiyi məlumata görə, Təl-Əvivdə terror hadisəsi törədənlərin artıq kimliyi bəllidir. Onlar 21 yaşlı Muxəmməd və Xaled Maxmaradırlar. Gənclər əmi uşaqlarıdırlar. Hücumçular Həmas siyasi partiyasının fəalı "Tanzima" kimi tanınan terrorçunun bacısı uşaqlarıdır. Tanzima özü 4 yəhudini öldürdüyü üçün həbsxanada saxlanılır.

 

İsrailin Təl-Əviv şəhərində ötən gün silahlı insident olub. Nəticədə 4 nəfər ölüb, 6 nəfər yaralanıb, onlardan 3-nün vəziyyəti ağır olaraq qalır.Hücumdan sonra İsrailin baş naziri Binyamin Netanyahu hadisə yerinə gəlib və açıqlama verib. O qeyd edib ki, daha böyük faciənin qarşısını vətəndaşların qərarlı addımları sayəsində alınıb. 

 

Təl-Əviv polisi hücum edənlərin hər ikisinin eyni ailədən olduğunu açıqlayıb. "Terrorçulardan biri sağ, digəri isə yaralı halda ələ keçirilib", - deyə polis rəsmiləri bildiriblər. 

Mənbə: ANS PRESS

 

9 iyun 2016
GO BACK