Qadin.NET / Ermənilər Türkiyədəki İncirlik Amerika hərbi bazasını ələ keçirmək istəyirlər

Ermənilər Türkiyədəki İncirlik Amerika hərbi bazasını ələ keçirmək istəyirlər

 

Ermənilər Türkiyədəki İncirlik Amerika hərbi bazasını ələ keçirmək istəyirlər

İki aydan sonra Kaliforniyada yaşayan bir qrup erməni məhkəməyə müraciət edərək Türkiyədəki İncirlik ABŞ hərbi bazasına qarşı iddia qaldıracaq.

 

 

ANS PRESS-in məlumatına görə. bu barədə britaniyalı jurnalist Robert Fiskin məqaləsində deyilir. Məqalədə bildirilir ki, məhkəməyə iddianı üç erməni təqdim edəcək. Ermənilər iddia edir ki, Adana şəhərindən bir neçə kilometr məsafədə yerləşən və NATO-nun cənub komandanlığına tabe olan bazanın ərazisi vaxtı ilə ermənilərə məxsus olub. Ermənilərin iddiasına görə, İncirlikdə ferma, yay evləri, kilsə, məktəb olub və 1915-ci ildə baş vermiş hadisələr üzündən həmin yerlər ermənilərin əlindən çıxıb.

 

Avqustun 9-da Kaliforniyada keçiriləcək məhkəmədə əsas iddiaçı kimi Aleks Bakalyan, Anais Arutunyan və Rita Maqdesyan çıxış edəcək. Robert Fiskin yazdığına görə, daha 13 erməni adını siyahıya yazdıra bilər.Təbii ki, ermənilərin bu iddiası sırf təbliğat işidir və uydurma erməni soyqırımına diqqət çəkmək məqsədi daşıyır. Çünki Kaliforniya məhkəməsinin qərarı ilə Türkiyənin hansısa ərazisinin Amerika vətəndaşları olan ermənilərə verilməsi qeyri-mümkündür. Türkiyədə hansısa əraziyə iddia müvafiq sənədlər yığıldıqdan sonra Türkiyə məhkəməsi tərəfindən təmin edilər bilər. Böyük ehtimalla ermənilərdə belə sənədlər yoxdur. Həmin ermənilərin İncirlik ərazisinə iddiasının müəyyən qədər əsası olsa idi, indi yəqin ki, ermənilərin müxtəlif yollarla Türkiyə arxivlərindən mülkiyyət şüququ barədə sənədləri ələ keçirmişdilər. Yəqin ki, belə sənədlər yoxdur.Ermənilərin hədəf kimi İncirliyi seçməsinin də səbəbi aydındır. Baza yetərincə məşhurdur. 1951-ci ildə inşasına başlanan İncirlik hərbi bazası, dekabr 1954-cü ildə Türk Silahlı Qüvvətləri (TSK) və Amerikan Hava Qüvvələrinin xidmətində ortaq istifadəyə açılıb. Orta və ağır bombardmanlara qarşı təcili cavab bazası olan İncirlik hazırda NATO-nun Suriya və digər Yaxın Şərq ölkələrindəki əməliyyatlarında aparı rol oynayır.

 

Robert Fisk edir ki, bu məhkəmə işi ABŞ-da partlayış effekti verəcək: "Əgər "erməni soyqırımı" ABŞ məhkəməsində tanınacaqsa, 1915-ci baş vermiş kütləvi qətllər barədə bu sözün hökumət tərəfindən işlədilməsi müəyyən zaman ərzində mümkün olacaq".Məsələ aydındır, ermənilər ABŞ prezidenti tərəfindən «erməni soyqırımı» sözünün işlədilməsini istəyirlər. Amma bir məsələ var ki, ABŞ prezidenti bu sözü işlətsə belə məsələ dəyişməyəcək. Soyqırımın tanınması məsələsi siyasi yox, hüquqi məsələdir. Tərəflər öz istəkləri ilə əllərində olan sənədlərini götürüb beynəlxalq məhkəməyə yollanmalıdırlar. Türkiyə bu məsələdə ilk addım kimi Ermənistana arxivləri açmağı təklif edir. 

 

Ermənistan isə bu variantdan qorxur. 2000-ci illərin əvvəlində ABŞ Dövldət Departamenti tərəfindən aparılmış araşdırma ermənilərin bu qorxusunun səbəbini ortaya çıxarıb. Məlum olub ki, ermənilər 1915-ci ildə 2 milyona yaxın müsəlman - türk, kürd, laz, çərkəz, ərəb və s. qətlə yetiriblər. Ölən erməni sayı isə 300 mini keçməyib. Bu faktın üstu açılarsa ermənilərin soyqırım həyata keçirdiyi barədə qərar verilə bilər. Bu isə 20-ci əsrin ilk soyqırımı sayıda bilər.   

Mənbə: ANS PRESS
9 iyun 2016
GO BACK