Qadin.NET / İranda şok cəza

İranda şok cəza

 

İranda şok cəza

İranlı Futbol Federasiyasının (İFA) Etika Komitəsi maraqlı qərar qəbul edib. ANS PRESS-in məlumatına görə, iranlı oyunçu Soşa Makani 6 ay futboldan uzaqlaşdırılıb. 

 

Buna isə onun sarı şalvarla sosial şəbəkədə şəkil paylaşması səbəb olub. İFA-nın fikrinə görə, futbolçunun bu rəngdə şalvar geyinməsi etik cəhətdən uyğu deyil. Bu Makanin ilk cəzası deyil. Bundan əvvəl o, qızla şəkil paylaşdığı üçün də həbs olunub. İran yığmasının qapıçısı Soşa Makani sosial şəbəkədə şəkil paylaşması səbəbindən həbs edilib. 29 yaşlı qolkiper İran qanunlarına uyğun geyinməyən qadınlarla şəkil çəkdirib və daha sonra bunu paylaşıb. Futbolçu cəmiyyət içində əxlaqsızlığın yayılmasına səbəb ola biləcək fotolar paylaşdığı üçün həbsdə saxlanılıb.

“Persepolis”in oyunçusunun vəkili onun internet hesabının xakerlər tərəfindən ələ keçirildiyini və şəkillərin Makanidən xəbərsiz yayıldığını iddia edib. Həmin şəkillərdə İran millisinin qapıçısının 3 qadınla yan-yana dayandığı və onlarla əl-ələ tutduğu görülür. Qadınlardan birinin futbolçunun nişanlısı olduğu bildirilir.

Mənbə: ANS PRESS

9 iyun 2016
GO BACK