Qadin.NET / Şarapovanın cəzası bəlli oldu

Şarapovanın cəzası bəlli oldu

 

Şarapovanın cəzası bəlli oldu

Rusiyalı tennisçi Mariya Şarapova orqanizmində istifadəsi qadağan olunmuş preparat çıxdığına görə 2 il müddətinə oyunlardan kənarlaşdırılıb.

 

Qafqazinfo xəbər verir ki, bu barədə Beynəlxalq Tennis Federasiyasının Tvitter səhifəsində məlumat yerləşdirilib.

Xatırladaq ki, M.Şarapova martın 7-də keçirdiyi mətbuat konfransında dopinq-test etdirdiyini və müsbət nəticə çıxdığını söyləyib: "Bu barədə mənə bir neçə gün öncə Beynəlxalq Tennis Federasiyasından göndərilən məktubda bildirildi. Məndə "meldoniy" preparatı aşkarlanıb. Bu dərmanı 2006-cı ildən səhhətimə görə qəbul edirəm", - deyə o əlavə edib.

Bu açıqlamadan sonra 3 iri şirkət Şarapova ilə sponsorluq müqaviləsini uzatmayacağını bildirib. Bunlar "Nike" idman malları, "Porsche" avtomobil və İsveçrənin "TAG Heuer" saat istehsalçılarıdır.

O, eləcə də BMT-nin xoşməramlı səfiri titulundan məhrum edilib.

Mənbə: Milli.Az

9 iyun 2016
GO BACK