Qadin.NET / "WhatsApp" daha bir yenilik edəcək

"WhatsApp" daha bir yenilik edəcək

"WhatsApp" daha bir yenilik edəcək
Facebook sosial şəbəkəsinə məxsus "WhatsApp" messencerində tezlikdə GIF formatlı animasiyalara baxış keçirmək mümkün olacaq.

Qafqazinfo-nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bütün populyar messencer xidmətlərində "gifok" olmasına baxmayaraq, bir milyarddan çox istifadəçisi olan "WhatsApp" bu tətbiqə hələ indi başlayır.

İstifadəçilər ən azı animasiya şəklinə baxmaq üçün brauzer açmalı olmayacaqlar.

@WABetaInfo qeyd edir ki, GIF formatlı faylları eyni zamanda adi şəkil kimi də yaddaşda saxlamaq olacaq.

iOS üçün "WhatsApp"ın yeni variantı yaxın zamanlarda çıxacaq.

 

Mənbə: Milli.Az

 

8 iyun 2016
GO BACK