İclas sabah saat 11:00-da “Boulevard Hotel Baku” otelində baş tutacaq.
Hüseynov əməkdaşımızla söhbətində iclasın gündəliyindəki məsələlər haqda danışıb. O bildirib ki, toplantıda əsas 2 məsələ müzakirə ediləcək: “Legioner rüsumu ilə bağlı danışacağıq. Bütün klublar rüsumdan narazıdı. Buna görə də, onu müzakirəyə çıxarıb, klub nümayəndələrinin fikrini öyrənəcəyik. Bir də çempionatın 2015/2016 mövsümünün yekunları ilə bağlı müzakirələr aparılacaq. Klublara maraqlı gələn məsələlər haqda danışıb, tövsiyə xarakterli proqram hazırlayacağıq”.
KK sədrinin sözlərinə görə, həmin proqram daha sonra İcraiyyə Komitəsinə təqdim ediləcək: “İyunun 13-də İcraiyyə Komitəsi (İK) növbəti iclasını keçirəcək. Həmin vaxta qədər proqramımızı hazırlayıb, İK-ə təqdim edəcəyik. Müzakirəyə çıxaracağımız məsələlərlə bağlı qərarları isə İcraiyyə Komitəsi verəcək”.
Mənbə: APA.Az