Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Ensiklopediyasının 50 illiyi münasibətilə keçirilən yubiley tədbirində iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir qeyd edib ki, bu gün "Vikipediya"da Azərbaycan haqqında bədnam qonşularımız tərəfindən təqdim edilmiş yalan məlumatlar, məqalələr mövcuddur: "Bunlar Azərbaycanla ideoloji savaş aparanlar tərəfindən hazırlanır. Biz çox fikirləşirik ki, bunun qarşısını necə ala, yalanları necə ifşa edə bilərik? Bizim hamımızın məqsədi dünya internet məkanında öz həqiqətlərimizi çatdırmaqdır. Bunun üçün internet imkanlarından istifadə etməliyik. Ensiklopediyamızdakı biliklər mütləq internetdə yayımlanmalıdır. Ensiklopediyaya giriş internet üzərindən də açıq olmalıdır. Biz bu sahədə hər hansı qurumla birlikdə əməkdaşlıq etməyə hazırıq".
Mənbə: Trend.Az