Qadin.NET / Almaniyada dünyanın ilk insan başı transplantasiyası əməliyyatı keçiriləcək

Almaniyada dünyanın ilk insan başı transplantasiyası əməliyyatı keçiriləcək

 

Almaniyada dünyanın ilk insan başı transplantasiyası əməliyyatı keçiriləcək

Dünyanın ilk insan başı köçürülməsi əməliyyatını həyata keçirməyə hazırlaşan italiyalı neyrocərrah Sercio Kanavero əməliyyatın Almaniyada baş tutacağını bəyan edib.

 

APA-nın “Daily Star”-a istinadən verdiyi xəbərə görə, həkim əməliyyatın keçiriləcəyi dəqiq tarixi açıqlamasa da, unikal transplantasiyanın Milad bayramınadək keçiriləcəyini bildirib (katolik Miladı - 2017-ci ilin dekabr ayı – red.).    

 

Xatırladaq ki, rusiyalı proqramçı Valeri Spiridonov “Səma” adlandırılan layihədə iştirak etməyə razılığını verib. Verdinq-Xofman xəstəliyindən əziyyət çəkən və ömürlük əlil arabasına məhkum Spiridonov müstəqil hərəkət etmək imkanından tamamilə məhrum olub. 

 

Mənbə: APA,Az

8 iyun 2016
GO BACK