Qadin.NET / Qarabağa buz yağdı

Qarabağa buz yağdı

Qarabağa buz yağdı
Gecə saat təqribən 24:00 radələrində Füzuli rayonuna dolu yağıb. ANS PRESS-in Qarabağ bürosunun verdiyi məlumata görə, təqribən 20 dəqiqə davam edən dolu əsasən rayonun Əmirzeydli kəndi yaxınlığındakı məcburi köçkünlər üçün salınmış qəsəbəyə düşüb.Qəsəbədə məskunlaşan məcburi köçkün Rza İbişovun sözlərinə görə dolu bir neçə evin dam örtüyünü sıradan çıxarıb, ağaclara və şəxsi təsərrüfatlara ziyan vurub.  20 dəqiqə ərzində yerdə təqribən hündürlüyü 10-15 sm çatan buz örtüyü əmələ gəldiyini deyir.

Təbii fəlakət nəticəsində nəticəsində qəsəbəyə elektrik enerjisinin verilməsində qısa fasilə yaranıb. Daha sonra dolu yağışa çevrilib.

Sakinlərdən əldə edilən məlumata görə artıq elektrik enerjisinin verilişi bərpa edilib.

Mənbə: ANS PRESS

 

8 iyun 2016
GO BACK