"Qara qızıl"ın qiymətlərində bahalaşma müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Brent" markalı neftin qiyməti qalxıb. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin qiyməti bahalaşaraq 51.44 dollarda qərarlaşıb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 50.41 dollar olub. “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,75 dollar bahalaşaraq 50,72 dollar təşkil edib.Qiymətli metalların qiymətində də bahalaşma var. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, qızılın bir qramının qiyməti 3 gündür ki, bahalaşaraq 40.15 dollara çatıb. Platinin də bir qramının qiyməti artaraq 32.28 dollar, palladiumun qramı isə 18 dollara yaxınlaşıb - 17.98 dollar olub. Gümüşün qiyməti olduğu kimi qalıb, qramı 0.53 dollara satılıb.
Mənbə: ANS PRESS