Məlumata görə, “Sərhədsiz Reportyorlar”ın təşkil etdiyi aksiyada qondarma "Dağlıq Qarabağ Respublikası"nın "bayrağı" qaldırılıb. Azərbaycan diasporunun nümayəndələri təşkilatın üzvlərinə yaxınlaşaraq, separatçı rejimin "bayrağı"nını hansı məqsədlə bu aksiyaya gətirildiyinə dair izahat istəyiblər: “”Sərhədsiz reportyorlar" təşkilatının üzvləri azərbaycanlıların təkidli sorğularına sükutla cavab veriblər. Yalnız soydaşlarımızın təkidli etirazlarından sonra təşkilat üzvləri "bayrağı" yığışdırıblar”.
Qeyd olunub ki, Azərbaycan diaspor təşkilatları “Sərhədsiz Reportyorlar”ın təşkil etdiyi aksiyada baş verən bu insidentlə bağlı təşkilatın mərkəzi ofisinə xüsusi sorğu göndərməyi planlaşdırır. Sorğuda qurumun təşkil etdiyi bir aksiyada separatçı rejimə dəstək ifadə edilməsinə dair izahat verilməsi tələbi əksini tapacaq.
Xatırladaq ki, bu gün Almaniyanın Berlin şəhərində Azərbaycan diaspor təşkilatlarının Berlin Azərbaycan Evi, Bilefeld Alman-Azərbaycan Mədəniyyət Mərkəzi, Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzi və Azərbaycanlı Tələbələr Şəbəkəsinin (ASN) təşkilatçılığı ilə baş tutub. Aksiyada 200-dən çox həmvətənimiz iştirak edib.
Mənbə: APA.Az