Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininn sədri Mübariz Qurbanlı jurnalistlərə deyib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin "Məzarlıqlar haqqında" xüsusi qərarı olacaq: "Bununla əlaqədar NK-da işçi qrupun bir necə dəfə toplantısı keçirilib. Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə işçi qrupun bu məsələ ilə bağlı keçirdiyi toplantılar və müzakirələr nəticəsində bu qərar layihəsi üzərində iş yekunlaşıb".
Şəhid məzarlıqlarına gəldikdə isə M.Qurbanlı deyib ki, şəhid məzarları ilə bağlı məsələ qeyd edilən qərar layihəsində deyil, başqa qanunda öz əksini tapıb: "Hazırda da şəhidlərin statusunu özündə ehtiva edən qanunlarda şəhid məzarlarının fərqləndirilməsi konkret şəkildə əks olunub. Bu qanun da tətbiq olunur".
Mənbə: Trend.Az