Qadin.NET / Qızılın bir qramı 40 dollardan baha satılır

Qızılın bir qramı 40 dollardan baha satılır

 

Qızılın bir qramı 40 dollardan baha satılır

Qiymətli metalların qiymətlərində bahalaşma var. ANS PRESS-in "Bloomberg"əistinadla verdiyi məlumata görə, qızılın bir qramının qiyməti 2 gündür ki, bahalaşaraq 40.12 dollara çatıb. Platinin də bir qramının qiyməti artaraq 31.94 dollar, palladiumun qramı isə 17.93 dollar olub. Gümüşün qiyməti olduğu kimi qalıb, qramı 0.53 dollara satılıb.Neftin qiymətlərində cüzi bahalaşma müşahidə olunur. ANS PRESS-in"Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Brent" markalı neftin qiyməti qalxıb. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin qiyməti bahalaşaraq 50.39 dollarda qərarlaşıb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 49.58 dollar olub. “AzəriLayt” markalı neftin bir barelinin qiyməti sabit qalıb - 49.97 dollar.

 

Mənbə: ANS PRESS

7 iyun 2016
GO BACK