Ramazan həm də insanın nəfsinə qalib gəldiyi aydır. Paytaxt ərazisində apardığımız müşahidələr göstərdi ki, Ramazan ayının ilk günündən bir çox insanlar orucunu evlərində tutur. Gecə saat 3 radələrinə təsadüf edən imsak vaxtı isə şəhərdə az da olsa imsak süfrəsi təşkil edilən yerlərə rast gəlmək mümkündür.
Oruc tutan şəxslərin növbəti dini ibadəti isə namaz sayılır. İmsak sübh namazına qədər tutulmalı və sonra namaz qılınmalıdır. İbadət zamanı ən vacib əməllərdən biri də dua etməkdir. Dua, ilahi rızanın açarı, cənnət yurdunun qapısıdır.
Allah tutulan orucunuzu və dilənən dualarınızı qəbul etsin.
Mənbə: ANS PRESS