Qadin.NET / Braziliya Senatı prezidentin impiçmenti məsələsinə avqustda baxacaq

Braziliya Senatı prezidentin impiçmenti məsələsinə avqustda baxacaq

 

Braziliya Senatı prezidentin impiçmenti məsələsinə avqustda baxacaq

Braziliya Senatı müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılan prezident Dilma Russeffin impiçmenti məsələsinə avqustun 1-i və yaxud 2-də baxacaq.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə parlament komissiyasının sədri Raymundo Lira bildirib.

 

Braziliya qanunvericiliyinə əsasən, ilk səsvermədə senatorların 50%-i impiçmentin lehinə səs versələr, ikinci səsvermə baş tutacaq. Bu zaman prezidenti vaxtından əvvəl istefaya göndərmək üçün senat üzvlərinin üçdə ikisinin səsi kifayət edəcək. İlk səsvermə Rio-de-Janeyroda start götürəcək Yay Olimpiya oyunları ərəfəsinə, ikinci səsvermə isə bilavasitə yarışların keçiriləcəyi günlərə təsadüf edir.

 

Dilma Russeffin vəzifədən 180 gün müddətinə kənarlaşdırılmasından sonra vitse-prezident Mişel Temer artıq yeni hökumət qurub.

 

Qeyd edək ki, 2011-ci ildən ölkəyə rəhbərlik edən D.Russefin adı bir neçə korrupsiya qalmaqalında hallanıb. Qalmaqallardan biri “Petrobras” Dövlət Neft Şirkəti ilə bağlıdır. Həmçinin, D. Russeff büdcə vəsaitlərini 2014-cü ildə yenidən prezident seçilməyə yönəltməkdə və vergilərlə bağlı qanun pozuntularında şübhəli bilinir.

 

Mənbə: APA.Az

7 iyun 2016
GO BACK