Qadin.NET / UEFA Albaniyanın “Skenderbeu” klubunu avrokuboklarda iştirakdan məhrum edib

UEFA Albaniyanın “Skenderbeu” klubunu avrokuboklarda iştirakdan məhrum edib

UEFA Albaniyanın “Skenderbeu” klubunu avrokuboklarda iştirakdan məhrum edib
UEFA Albaniyanın “Skenderbeu” klubunu növbəti mövsümdə avrokuboklarda iştirakdan məhrum edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, klub Albaniya çempionatı və avrokuboklarda danışılmış oyunların təşkilində şübhəli bilinir.

 

Mayın sonunda UEFA bukmekerlər, azarkeşlər və KİV-lərdən əldə edilən məlumatlar əsasında klub barəsində araşdırmaya başlayıb. Bütün ittihamları rədd edən “Skenderbeu” rəhbərliyi İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək niyyətindədir. 

 

Mənbə: APA.Az

 

7 iyun 2016
GO BACK