Qadin.NET / Azərbaycanda 33 yaşlı kişini ildırım vurdu

Azərbaycanda 33 yaşlı kişini ildırım vurdu

Azərbaycanda 33 yaşlı kişini ildırım vurdu
Cəlilabad sakinini ildırım vurub. ANS TV-nin məlumatına görə, rayonun Cəfərxanlı kənd sakini, 33 yaşlı Zahid Əhmədov əkin sahəsindəki işini yekunlaşdırmaq üçün axşam saatlarında ora gedib. Bu zaman onun mobil telefonuna zəngin gəlməsi ilə şimşək çaxmasının üst-üstə düşməsi Zahidin həyatı bahasına başa gəlib. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Mərhum Zahid Məmmədov 3 uşaq atası olub.Aynur Ələkbərova

Analoji hadisə mayın 25-də Ucar rayonunda baş verib. Ucar rayon sakini ildırım vurması nəticəsində dünyasını dəyişib. Hadisə rayonun Bağman kəndində baş verib.

 

Kənd sakini, 1990-cı il təvəllüdlü Qürbət İsgəndərovu ildırım vurub. Hadisədən sonra xəsarət almış oğlan Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, Qürbətin həyatını xilas etmək mümkün olmayıb.

Mənbə: ANS PRESS

6 iyun 2016
GO BACK