Yaşayış məntəqələrinə zərər dəyməsi barədə isə hələlik məlumat yoxdur.
Son günlər ölkəmizdə hava şəraiti tez-tez dəyişir. İyun ayı olmasına baxmayaraq arabir yağış da yağır, dolu da düşür. 2 gün əvvəl Şəkiyə də dolu yağıb. Yağıntı daha çox aran zonalara düşüb. Yerli sakinlər yağan dolunun noxud boyda olduğunu bildirmişdilər. Təbiət hadisəsi zamanı bəzi kənd təsərrüfatı məhsullarına da ziyan dəymişdi. Şorsu və Daşüz kəndlərində taxıl sahələri ziyan çəkmiş, həmçinin kəndlərdə bəzi evlərin dam örtüyünə zərər dəymişdi.Ramazan ayının ilk günü ölkə ərazisində gözlənilən hava şəraiti də açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın rayonlarında – bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Mənbə: ANS PRESS