1970-ci illərin əvvəlindən başlayaraq R.Fətəliyevin ssenariləri əsasında “Ömrün ilk saatı”, “Sizi dünyalar qədər sevirdim”, “Yaramaz” (“Azərbaycanfilm”), “Altıncı”, “Riskə getmədən” (M.Qorki adına Studiya), “Şahidsiz”, “Təzə evlənənlər üçün çətir” ("Mosfilm"), “Ailə işləri”, “Həyatın xırdalıqları” (A.Dovjenko adına Studiya), “Həyatın mənası” ("Özbəkfilm") və s. 50-dən çox film və serial çəkilib.
R.Fətəliyev eyni zamanda, “Hökmdarın taleyi”, “Bir anın həqiqəti”, ”Qraf Krestovski” kimi bədii və televiziya filmlərinin quruluşçu rejissorudur.
Mənbə: APA.Az