Qadin.NET / Türkiyə millisi yoldaşlıq oyununda Sloveniyaya qalib gəlib

Türkiyə millisi yoldaşlıq oyununda Sloveniyaya qalib gəlib

Türkiyə millisi yoldaşlıq oyununda Sloveniyaya qalib gəlib
Milli komandalar arasında bir neçə yoxlama oyunu keçirilib.

 

Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Çexiya Cənubi Koreya ilə qarşılaşıb. Oyun koreyalıların 2:1 hesablı qələbəsiylə nəticələnib.

 

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki digər rəqibi Norveç isə Belçika ilə qarşılaşıb. Skandinaviyalılar oyunun gedişində hesabda önə keçsə də, bu üstünlüyünü sonadək qoruyub saxlaya bilməyiblər. Matç Belçika millisinin 3:2 hesablı qələbəsiylə nəticələnib.

 

Qardaş ölkə Türkiyə yığması isə Sloveniyanı məğlub edib. “Ay-ulduzlular” tək qola seviniblər. Matçda yeganə qoluna imza atan Burak Yılmaz bununla tarixə keçib. Milli komanda forması ilə 20-ci dəfə rəqibləri məyus edən eks “Qalatasaray”lı forvard bununla da əsas komandada ən çox qol vuran 4-cü futbolçu olub.

 

Yoxlama oyunları

5 iyun

 

Çexiya - Cənubi Koreya - 1:2

Qollar: Marek Suşi, 47 - Bit-Qaram, 27. Hyun-Yun Suk, 41.

 

İsveç – Uels - 3:0

Qollar: Forsberq, 40. Lustiq, 57. Quidetti, 87.

 

Belçika – Norveç - 3:2

Qollar: Lukaku, 3. Eden Hazard, 70. Kiman, 73 - Kinq, 21. Berişa, 48.

 

Serbiya – Rusiya - 1:1

Qollar: Mitroviç, 88 - Dzyuba, 85.

 

Sloveniya - Türkiyə - 0:1

Qol: Burak, 6

 

Mənbə: APA.Az

6 iyun 2016
GO BACK