Qadin.NET / İzmirdə ardıcıl yeraltı təkanlar baş verib

İzmirdə ardıcıl yeraltı təkanlar baş verib

 

İzmirdə ardıcıl yeraltı təkanlar baş verib

Türkiyənin İzmir şəhərində zəlzələ baş verib. Yeraltı təkanlar Egey dənizindəqeydə alınıb. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi  məlumata, Egey dənizində 4.3 bal gücündə zəlzələ baş verib.

 

Yeraltı təkanlar dünən yerli saatla 23:26 radələrində yaşanıb. Zəlzələnin hiposentri yer səthindən 17 kilometr dərinlikdə qeydə alınıb. Təbii fəlakət İzmir sakinləri arasında təşvişə səbəb olub. Xəsarət alanlar və dağıntılar haqqında məlumat verilmir.

Verilən məlumata görə, ötən gün ərzində İzmirdə ardıcıl bir neçə təkanlar olub. Saat 23:08-də 2.5 ballı zəlzələnin ardınca daha güclü təkanın baş verməsi yerli əhalidə təşviş yaradıb.

Mənbə: ANS PRESS

6 iyun 2016
GO BACK