Qadin.NET / Azərbaycan və Türkiyə Ordusunun Ermənistan sərhədinə toplanmasının səbəbi

Azərbaycan və Türkiyə Ordusunun Ermənistan sərhədinə toplanmasının səbəbi

Azərbaycan və Türkiyə Ordusunun Ermənistan sərhədinə toplanmasının səbəbi
“Bu təlimlər Azərbaycana, Türkiyəyə, eyni zamanda Gürcüstana diş qıcıyan bəzi qüvvələrə bir mesajdır”. ANS PRESS-in məlumatına görə, bu sözləri Azərbaycan Müdafiə Nazirliyinin sabiq əməkdaşı, polkovnik-leytenant Üzeyir Cəfərov bildirib.Hərbi ekspert Azərbaycan və Türkiyə arasında keçirilən son təlimlər, xüsusilə Ermənistan sərhədində keçirilən təlimlər barədə ANS PRESS-ə açıqlamasında bildirib.

Son zamanlar Azərbaycan Ordusunun daha da inkişaf etdiyini qeyd edən Ü.Cəfərov bildirib ki, zamanı və yeri baxımından, əlbəttə bu təlimlər region ölkələrinə kəm baxan bəzi qüvvələrə gözdağıdır.

"Döyüş hazırlığı mütəmadi olaraq artırılır. Əlbəttə ki, həm Rusiya, həm Ermənistan, umumiyətlə Türkiyəyə, Azərbaycana o qədər də xoş münasibəti olmayan qüvvələr bundan özləri üçün istifadə edə bilərlər. Yəni müxtəlif bəyanatlar, müxtəlif hədələyici fikirlər səsləndiriləcək. Buna fikir vermək lazım deyil. Təlimləri yüksək səviyyədə keçirmək lazımdır və yəqin ki, elə də olacaq. Növbəti təlimlərin Gürcüstanda keçirilməsi planlaşdırılır. Orada da bizim şəxsi heyət ən yüksək səviyyədə təmsil olunacaq".Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, Qars şəhərində iki ölkənin Silahlı Qüvvələrinin iştirakı ilə təlim keçrilir. Təlimdə Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev və Türkiyə Respublikasının üçüncü Ordu komandanı ordu generalı İsmail Serdar Savaş iştirak ediblər. Eyni zamanda təlimə ilk dəfə olaraq müşahidəçi qismində Gürcüstan Silahlı Qüvvələrinin nümayəndələri də qatılıb.Şəxsi heyətin iştirakı ilə keçirilən döyüş atışlı taktiki təlimin əsas məqsədi Silahlı Qüvvələr arasında təcrübə mübadiləsini reallaşdırmaqla qarşılıqlı əlaqələri inkişaf etdirmək, qərargahlarda müştərək planlaşdırma fəaliyyətlərini yoxlamaq, hərbi bölmələrin hazırlığını və əməliyyatları icra etmək qabiliyyətini yüksəltməklə onların uyarlılığına nail olmaqdır.

Mənbə: ANS PRESS

4 iyun 2016
GO BACK