Qadin.NET / Məhəmməd Əli ölüm ayağında

Məhəmməd Əli ölüm ayağında

Məhəmməd Əli ölüm ayağında
Dünən xəstəxanaya yerləşdirilən əfsanəvi peşəkar ABŞ boksçusu Məhəmməd Əli ölüm ayağındadır. ANS PRESS-in məlumatına görə, bu barədə Əlinin yaxınlarına istinadən "The Daily Mirror" nəşri xəbər verib.Hazırda intensiv terapiya şöbəsində müalicə alan əfsanənin həkimləri onun vəziyətinin ağırlığı barədə boksçunun övladlarına xəbərdarlıq ediblər.

 

Həkimlər əvvəlcə Məhəmməd Əlinin digər xəstəxanaya nəqlini nəzərdən keçirsələr də, bunun xəstənin həyatı bahasına başa gələcəyini anlayaraq, fikirlərindən dönüblər74 yaşlı sabiq boksçu 1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkir. Sonuncu dəfə Əli ötən il 73-cü yaş gününü qeyd etdiyi gün xəstəxanalıq olub.

 

Məhəmməd Əlinin yaxın ailə dostu olan Bob Qannell əfsanəvi boksçunun sidik yolu infeksiyası səbəbilə xəstəxanaya yerləşdirildiyini bildirib. Məhəmməd Əlinin vəziyyətinin yaxşı olduğunu deyən Qannell qısa müddət ərzində onun xəstəxanadan çıxacağını bildirmişdi. 74 yaşlı üçqat dünya çempionu, 1960-cı ilin Olimpiya Oyunlarının qalibi, mədəni rəmz hesab olunur və dünyanın məşhur müsəlmanlarından biridir.

Mənbə: ANS PRESS

 

4 iyun 2016
GO BACK