APA-nın məlumatına görə, bu, Reuters agentliyi və “İpsos” araşdırma mərkəzinin keçirdiyi rəy sorğusunda bəlli olub.
Demokrat partiyasının təmsilçisi H.Klintonu rəyi soruşulanların 46%-i, respublikaçı D.Trampı isə - 35%-i dəstəkləməyə hazırdır.
Qeyd edək ki, mayın sonunda Klinton Donald Trampı cəmi 3%-lıq üstünlüklə qabaqlayırdı.
Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 8-də keçiriləcək.
Mənbə: APA.Az