APA-nın məlumatına görə, bu sözləri Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırımla geniş tərkibli görüşdən sonra mətbuat üçün verilən birgə bəyanatda Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki, bu gün iki ölkə əlaqələri ən yüksək səviyyədədir: “Bu il 3 dəfə Türkiyəyə səfər etmişəm, qarşılıqlı səfərlər də nəzərə alınanda, ümumilikdə 5 yüksək səviyyəli görüş keçirilib. Dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın iki ölkə tapmaq çətindir. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşü çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təmas qrupu yaradılıb. Bu qərarın qəbul olunmasında Türkiyənin böyük rolu olub”.
Mənbə: APA.Az