Qadin.NET / Tatlısəsdən pis xəbər: bir daha oxuya bilməyəcək

Tatlısəsdən pis xəbər: bir daha oxuya bilməyəcək

Tatlısəsdən pis xəbər: bir daha oxuya bilməyəcək
"İbrahim Tatlısəs musiqi karyerasını bitirib". ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bunu türk müğənni İzzet Yıldızhan qatıldığı verilişlərdən birində deyib. O, bir neçə il öncə başından güllələnən İbrahim Tatlısəsin musiqi karyerası barəsində diqqət çəkən açıqlama verib. 

"İbrahim Tatlısəs bizim sektorda lokomotiv idi. Ruh verən bir ifaçı idi. Aramızda çox böyük rəqabət var idi. Lakin indi qalmayıb. Onun bu hala düşməsinə çox məyus oldum. İnşallah, yeni albom ilə dönər. Məncə, İbrahim artıq mahnı oxumayacaq. Bunu həkimlər də təsdiq edə bilərlər. Onun səhhəti mahnı oxumağa imkan vermir". 

Buna baxmayaraq Yıldızhan əlavə edib ki,  Tatlısəs əfsanəvi ifaçıdır. 2011-ci il mart ayının 14-də İbrahim Tatlısəs İstanbulda başından güllənib. "Nurol Plaza"da çəkilən bir proqrama qatılan Tatlısəs çəkilişlər başa çatandan sonra avtomobilinə minərkən "Kalaşnikov" avtomatından ona atəş açılıb. Güllələrdən biri Tatlısəsin başına dəyib. Sənətçinin yanındakı assistenti Buket Çakıcı da yaralanıb. İfaçı Almaniyada və ABŞ-da illərdir müalicə kursu keçir. Buna baxmayaraq o, hələ də tam sağalmayıb. 

İmperatorun sağ qolu, demək olar ki, işləmir. 

Mənbə: ANS PRESS

3 iyun 2016
GO BACK