Qadin.NET / "Əliyev, Putin və Ruhani görüşü olacaq"

"Əliyev, Putin və Ruhani görüşü olacaq"

"Əliyev, Putin və Ruhani görüşü olacaq"


Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünə hazırlıq gedir. ANS PRESS-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, prezidentlərin Bakıda keçirilməsi planlaşdırılan görüşü barədə xəbəri Kreml təsdiqləyib. Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bunu deyib. Görüş ilin II yarısına planlaşdırılır. 

 

Lakin görüşün vaxtı hələ dəqiq deyil. 

 

"Bəli, belə bir görüşün hazırlığı gedir. Son razılıq əldə ediləndən, görüşün vaxtı dəqiqləşdiriləndən sonra biz məlumat verəcəyik". Rusiya, İran və Azəbaycan prezidentləri arasında ikilikdə bir neçə dəfə görüş keçirilib. Rusiya prezidenti  Vladimir Putin ötən il iyunun 12-də Bakıda səfərdə olub. O, birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edib.

 

İran və Azərbaycan prezidentləri isə sonuncu dəfə fevralın 23-də Tehranda görüşüblər. İki dövlət arasında 11 müqavilə, anlaşma memorandumu imzalanıb. Sənədlər iki ölkə prezidentinin iştirakı ilə yüksək rütbəli rəsmilər tərəfindən imzalanıb.  

 

Həmin vaxt prezident İlham Əliyev iqtisadi sanksiyaların ləğv edilməsi münasibəti ilə Həsən Ruhanini  və İran xalqını təbrik edib. Prezident bildirib ki, Azərbaycan həmişə İrana tətbiq edilən sanksiyaların əleyhinə olub və beynəlxalq arenalarda öz fikrini bildirib.

Mənbə: ANS PRESS

3 iyun 2016
GO BACK