Qadin.NET / Ermənilər əsas hədəflərinin Türkiyə yox, Azərbaycan olduğunu deyirlər.

Ermənilər əsas hədəflərinin Türkiyə yox, Azərbaycan olduğunu deyirlər.

Ermənilər əsas hədəflərinin Türkiyə yox, Azərbaycan olduğunu deyirlər.
Aparıcı qərb ölkələrinin parlamentlərində Türkiyə əleyhinə "soyqırım" qətnamələri qəbul edilməsinə nail olmağa çalışan erməni lobbisinin əsas məqsədinin kökündə Qarabağ məsələsi durur.

ANS PRESS-in məlumatına görə, bu fikir erməni şərhçi Akop Badalyanın Almaniya Bundestaqı tərəfindən 2 iyun 2016-cı il tarixdə qəbul edilmiş qətnaməyə həsr edilmiş məqaləsinin əsas xəttini təşkil edir.Qətnamədə 1915-ci ildə Osmanlı imperiyasında ermənilərlə müsəlman xalqları arasında baş vermiş toqquşma "erməni soyqırımı" kimi qələmə verilib.  On illərlə alman parlamentindən belə bir sənədi əldə etməyə çalışan, lakin nail ola bilməyən erməni lobbisi bu dəfə miqrant axını qarşısında Almaniyada yaranmış islamlaşma qorxusundan istifadə edib. Bu məsələdə miqrantların yerləşdirilməsi ilə bağlı Almaniya və Türkiyə arasında yaranmış fikir ayrılığı da öz rolunu oynayıb.       Akop Badalyanın sözlərinə görə, ermənilərin aparıcı Avropa ölkələrində bu cür qətnamələrə nail olmaqda məqsədləri heç də Türkiyədən kompensasiya tələb etmək deyil: "Ermənistan dəfələrlə bəyan edib ki, Türkiyəyə qarşı heç bir hüquqi iddiası yoxdur. Ehtimal etmək lazımdır ki, Ermənistanın başqa iddiaları, xüsusilə də kompensasiya iddiası çox dumanlıdır. İstisna edilmir ki, məsələ, həqiqətən, Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaradılması imkanı ilə bağlıdır".

Müəllifin fikrincə, Türkiyə arasında heç bir şərt qoymadan münasibətlərin yaradılması Qarabağ məsələsində dəyişikliklərə səbəb ola bilər: "Ermənistanla Türkiyənin münasibətlərinin heç bir şərt qoyulmadan yaxşılaşdırılması Rusiyanın Qafqazda təsirini zəiflədə bilər, çünki türk təhlükəsi barədə Rusiyanın Ermənistanı əlində saxlamağa imkan verən spekulyasiyaları neytrallaşdıracaq. Türkiyə həm də Ermənistanı iqtisadi blokadaya salıb ki, bu da Ermənistanın Rusiyadan asılılığını artırır".Fransa və Almaniya kimi NATO ölkələrinin parlamentlərindən bu cür qərarlar əldə etməyə nail olmuş ermənilər Türkiyəyə təzyiq üçün hərbi alyansdan istifadə etməyə çalışırlar. Buna görə də erməni KİV-i NATO baş katibi Yens Stoltenberqin qətnaməni şərh edərkən Türkiyə ilə Ermənistanın tezliklə barışacağına ümid etməsi barədə dediyi sözlərə geniş yer ayırıblar.

Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli ANS PRESS-ə müsahibəsində ermənilərin bu cür ifadələrinin yalnız taktiki manevr olduğunu bildirib:"Təbii ki, son məqsədləri dəyişməz olaraq qalır - Türkiyəyə ərazi iddiaları da irəli sürəcəklər, kompensasiya da tələb edəcəklər. Amma bunu mərhələ-mərhələ həyata keçirmək istəyirlər. İlk məqsədləri Qarabağı ələ keçirməkdir. Ona görə Türkiyənin loyallığına çalışırlar. Bu məsələni öz xeyirlərinə həll etdikdən sonra Türkiyəyə qarşı iddialara başlayacaqlar".Qabil Hüseynlinin fikrincə, Azərbaycan və Türkiyə bu məsələdə birgə addım atmalıdırlar: "Hər iki ölkə birlikdə məsələ ilə bağlı beynəlxalq konfrans çağırılmasına nail olmalıdır və dünyanın nüfuzlu alimlərini konfransa dəvət etməlidir. Türkiyə öz arxivlərini açmalıdır ki, həmin vaxtlar həqiqətən nə baş verdiyi - köçürülmə və ya soyqırım olması anlaşılsın. Azərbaycan Xalq Cümhuriyyətinin o dövrdə məsələ ilə bağlı yaratdığı komissiyanın materiallarının da geniş faydası ola bilər".

Politoloq düşünür ki,  konfrans həmin vaxt türklərin yox, ermənilərin günahkar olduğunu ortaya çıxara bilər: "Təbii ki, müzakirələr zamanı ermənilərin Osmanlıya hücum etmiş Rusiya ordusu ilə xəyanətkar əməkdaşlığını Qarsda, İqdırda, Ərzurumda və Vanda dinc türk əhaliyə qarşı törətdikləri qırğınlar barədə arxiv materiallarını ortaya qoymaq lazımdır. Bu çərçivədə ermənilərin Bakıda, Qubada, Zəngəzurda və Qərbi Azərbaycanda törətdikləri qırğınlar barədə arxiv materialları da təqdim edilməlidir".Əslində, faktların Türkiyənin xeyrinə olduğunu ermənilər də bilir, buna görə həmişə arxivlərin açılmasının əleyhinə çıxış edirlər. Bu məqam bir çox Rusiya və qərb siyasətçilərinin diqqətindən yayınmır. Məsələn, alman mənşəli rusiyalı siyasətçi Alfred Kox Bundestaqda müzakirələr öncəsi yazdığı "Facebook" statusunda bildirib ki, ermənilərin bu məsələdə göstərdiyi ifrat canfəşanlıq istər-istəməz məsələyə özlərinin  inanmadığını düşünməyə imkan verir.

Ümumiyyətlə, hələ 1930-cu illərdə Qərb mənbələri tərəfindən aparılmış araşdırmalardan sonra bəlli olmuşdu ki, Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyası ərazisində baş vermiş erməni-müsəlman toqquşmaları zamanı 2 milyona yaxın müsəlman (türk, kürd, çərkəz, laz və s.) həlak olub. Əsasən silahsız mülki vətəndaşlar olan bu insanlar Rusiya ordusuna dəstək vermiş erməni silahlı dəstələri tərəfindən qəfil hücum nəticəsində qətlə yetirilmişdilər.

Həlak olan 300 min erməni isə əsasən kürdlərin aldığı intiqam nəticəsində dünyasını dəyişib. 800 mindən çox erməni isə cəbhə xəttində Anadolunun içərilərinə doğru köçürüldükdən sonra qaçaraq müxtəlif ölkələrə sığınıblar. Yəni faktlar məsələnin soyqırım olmadığını ortaya qoyur.

Mənbə: ANS PRESS

3 iyun 2016
GO BACK