Qadin.NET / Minsk qrupu Nalbandyanla Dağlıq Qarabağ nizamlanmasını müzakirə edib

Minsk qrupu Nalbandyanla Dağlıq Qarabağ nizamlanmasını müzakirə edib

Minsk qrupu Nalbandyanla Dağlıq Qarabağ nizamlanmasını müzakirə edib
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

E.Nalbandyan Minsk qrupunun həmsədrləri ilə atəşkəs rejiminin pozulmasının araşdırılması mexanizmlərinin yaradılması və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin komandasının genişləndirilməsi üzrə vasitəçilərin təkliflərinin detallarını müzakirə edib.

Mənbə: Trend.Az

3 iyun 2016
GO BACK