Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, yarışın elə birinci mərhələsindən etibarən yaşı 23-dək olan ən yaxşı gənc velosipedçi üçün nəzərdə tutulmuş köynəyi ələ keçirən U-23 yığmamız və "Synergy Baku" komandasının üzvü Samir Cəbrayılov üstünlüyünü sonadək qoruyub. "Ən yaxşı gənc velosipedçi" köynəyindən başqa, Samir ilk yarış günündə olduğu kimi, sonuncu mərhələdə də finiş xəttini 3-cü keçib və ümumi təsnifatda 114 velosipedçi arasında 4-cü yeri tutub.
Qeyd edək ki, "Synergy Baku" "Tour of Ukraine"da Elgün Əlizadə, Kənan Qəhrəmanlı, Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Surutkoviç və İsmayıl İlyasovdan ibarət heyətlə mübarizə aparıb.
Mənbə: Trend.Az