Qadin.NET / Erməni tərəfi cəbhədə növbəti itki verib

Erməni tərəfi cəbhədə növbəti itki verib

Erməni tərəfi cəbhədə növbəti itki verib
Cəbhə xəttində erməni tərəfi növbəti itki verib. APA-nın Ermənistan saytlarına istinadən verdiyi məlumata görə, ötən gün baş vermiş insident nəticəsində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində xidmət edən erməni əsgəri  Xoren Arutyunyan ölüb.

 

Ermənistanın İstintaq Komitəsi Xoren Arutyunyanın xidməti silahdan istifadə qaydalarını pozması nəticəsində aldığı güllə yarasından öldüyünü iddia edir.

 

Faktla bağlı cinayət işi başlanıb.  

 

Mənbə: APA.Az

3 iyun 2016
GO BACK