Qadin.NET / Dövlət Departamenti: Suriyada 100 ölkədən gəlmiş 40 minədək silahlı döyüşür

Dövlət Departamenti: Suriyada 100 ölkədən gəlmiş 40 minədək silahlı döyüşür

 

Dövlət Departamenti: Suriyada 100 ölkədən gəlmiş 40 minədək silahlı döyüşür

Suriyadakı hərbi əməliyyatlarda terror qruplaşmalarının sıralarında 40 minədək əcnəbi silahlı döyüşür.APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin terrorçuluqla mübarizə üzrə əlaqələndiricisi Castin Sayberell bildirib.    

 

 

“Suriyada, ümumilikdə, 100 ölkədən gəlmiş 40 minədək silahlı döyüşür”, - deyə Sayberell brifinqdə bildirib.   

 

Onun sözlərinə görə, bu rəqəmlər ABŞ kəşfiyyatının təhlili nəticəsində müəyyən edilib.  

 

Sayberell əlavə edib ki, ölkələrin səyləri nəticəsində əcnəbi silahlılar son zamanlar Suriya ərazisinə çətinliklə keçə bilir. 

Mənbə: APA.Az

3 iyun 2016
GO BACK