Bu, işçilərə imkan verəcək zədələnmək təhlükəsində olan işləri qalereyanın yuxarı hissələrinə daşısın, muzeyin yaydığı bəyanatda deyilir.
Milli.Az BBC-yə istinadən bildirir ki, Paris boyunca axan və Luvrun yanınan keçən Sena çayı normal səviyyədən beş metr yüksəkliyə qalxıb.
Avropa boyunca güclü yağışlar 10 nəfərin ölümünə səbəb olub - onların çoxu Almaniyadandır.
Almaniyanın cənubunda 4 nəfər suda batıb, daha 2 nəfər itkin düşüb, minlərlə adam elektriksiz qalıb.
Fransanın mərkəzində baş verən daşqın bu bölgədə son bir əsrdə ən ağırı sayılır.
Daşğına məruz qalmış evlərdən birində yaşlı qadının cəsədi aşkar edilib.
Fransada minlərdə adam evlərini tərk etməyə məcbur olub.
Avropanın Fransadan tutmuş Ukrayanaya qədər uzanan hisəsində həftəsonu leysan yağışlar proqnozlaşdırılır.
Fransada təxminən 10,000 yaşayış evi eletriksiz qalıb.
Mənbə: Milli.Az