Qadin.NET / Təəssüf ki, Almaniyada yenə siyasi konyunkturanın arxasınca getdilər

Təəssüf ki, Almaniyada yenə siyasi konyunkturanın arxasınca getdilər

Təəssüf ki, Almaniyada yenə siyasi konyunkturanın arxasınca getdilər

"Təəssüf ki, Almaniyada yenə siyasi konyunkturanın arxasınca getdilər və Almaniya Bundestaqı qondarma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan qətnamə layihəsini qəbul etdi".

Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova Almaniya Bundestaqının bu gün qondarma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan qətnamə layihəsinin qəbul etməsinə münasibət bildirərkən deyib.

Hadisəyə birmənalı olaraq, yalnız mənfi yanaşdığını deyən B.Muradova buna təəssüfləndiyini də söyləyib: "Düşünmək olardı ki, Almaniya tərəfi bu məsələni tarixçilərin ixtiyarına buraxacaq. Amma bu gün dünyanı narahat edən məsələlərlə məşğul olmaq əlbəttə ki, həm Almaniyanın, həm də digər ölkələrin siyasətçilərinin işidir. Çünki Almaniya dünyada gedən proseslərə təsir göstərmək imkanında olan ölkələrdən biridir. Almaniyada bu qanun layihəsinin müzakirəyə çıxarılması ilə məlumatlar yayılanda mən çox arzulamışdım və inam ifadə etmişdim ki, Almaniyada bu məsələrə - tarixi hadisələrə bu günün konyekturasından yanaşmayacaq insanlar tapılacaq. Amma görünür ki, mən gümanımda yanılmışam. Hesab edirəm ki, bu, doğru yanaşma deyil".

Mənbə: Trend.Az

2 iyun 2016
GO BACK